Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Obama: "İran inkar və yalan yolunu tutub"


Obama Cənubi Koreyada müşahidə zonasından Şimali Koreyaya baxır

Obama Cənubi Koreyada müşahidə zonasından Şimali Koreyaya baxır

ABŞ prezidenti Barak Obama Seulda iki günlük nüvə təhlükəsizliyi sammtində deyib ki, Rusiya ilə nüvə silahlarında növbəti ixtisarlar olacaq.

Obama İrana və Şimali Koreyaya isə xəbərdarlıq edib ki, beynəlxalq aləm onların nüvə silahlarına dözməyəcək.

Obama sammitdə deyib ki, may ayında Putinlə görüşəndə strateji nüvə silahlarında, eləcə də taktiki silahlarda ixtisara çalışacaq.

Sammitdən qabaq isə Şimali Koreya rəhbərliyinıə Obama xəbərdarlıq edib ki, provokasiya etməsinlər.

Obama Şimali Koreyanın bu ayın axırında uzaq radiuslu raket sınağı keçirməsini provokasiya adlandıraraq deyib:

“Provokasiyalar mükafatlandırılmır. O günlər keçdi. Şimali Koreya liderlərinə deyirəm, sizin qarşınızda seçim var, bu, sizin qərarınız olmalıdır, sülhə qərar verin və Şimali Koreya xalqına daha yaxşı həyat bəxş edib.”

Ağ Ev bildirib ki, Obama Seulda Çin lideri Hu Jintao ilə görüşəndə, hər iki lider Şimali Koreyanın istənilən provokasiyasına əlaqələndirilmiş cavab verəcəkləri haqda qərara gəliblər.

İran barədə isə Obama deyib ki, İranın dinc nüvə enerjisinə haqqı var. Vaxtaşırı beynəlxalq aləm və ABŞ İrana nüvə enerjisini dinc yolla inkişaf etdirməkdə öz köməyini təklif edib, ancaq İran həmişə imtina edib.
Obamanın sözlərinə görə, İran bunun əvəzində inkar, yalan və aldatma yolunu tutub.

Seulda martın 26-27-si keçirilən nüvə təhlükəsizliyi sammtində 50-dən çox ölkənin lideri, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

AzərTacın Seuldan verdiyi məlumata görə, sammit çərçivəsində martın 26-da Koreya Respublikasının Prezidenti Li Men Bak adından nümayəndə heyətləri başçılarının şərəfinə qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Sonra nümayəndə heyətləri başçılarının işçi naharı olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG