Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:26

Obama İranı yalan və inkar yolunu tutmaqda günahlandırıb


ABŞ prezidenti Barak Obama Seulda iki günlük nüvə sammtində deyib ki, Rusiya ilə nüvə silahlarında növbəti ixtisarlar olacaq.

Obama İrana və Şimali Koreyaya isə xəbərdarlıq edib ki, beynəlxalq aləm onların nüvə silahlarına dözməyəcək.

Obama sammitdə deyib ki, may ayında Putinlə görüşəndə strateji nüvə silahlarında, eləcə də taktiki silahlarda ixtisara çalışacaq.

Sammitdən qabaq isə Şimali Koreya rəhbərliyinıə Obama xəbərdarlıq edib ki, provokasiya etməsinlər.

Obama Şimali Koreyanın bu ayın axırında uzaq radiuslu raket sınağı keçirməsini provokasiya adlandıraraq deyib:

“Provokasiyalar mükafatlandırılmır. O günlər keçdi. Şimali Koreya liderlərinə deyirəm, sizin qarşınızda seçim var, bu, sizin qərarınız olmalıdır, sülhə qərar verin və Şimali Koreya xalqına daha yaxşı həyat bəxş edin.”

İran haqda Obama deyib ki, İranın dinc nüvə enerjisinə haqqı var. Vaxtaşırı beynəlxalq aləm və ABŞ İrana nüvə enerjisini dinc yolla inkişaf etdirməkdə öz köməyini təklif edib, ancaq İran həmişə imtina edib.
Obamanın sözlərinə görə, İran bunun əvəzində inkar, yalan və aldatma yolunu tutub.

Günün bütün mövzuları

XS
SM
MD
LG