Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09
.
oxuzali.az


"Dünya Ədəbiyyatı Kitabxanası" seriyasından daha 5 kitab işıq üzü gördü:

Stefan Sfeyq, Seçilmiş əsərləri

Con Apdayk, Seçilmiş əsərləri

Aqata Kristi, Seçilmiş əsərləri

Rus şeiri antologiyası

Mixail Bulqakov, Seçilmiş əsərləri


Bakı Kitab Klubundan "Oxu zalı"na verilən məlumata görə, Pulitser mükafatlı Amerika yazıçısı Con Apdaykın kitabında onun “Dovşan, qaç”, “Kentavr” romanları, eləcə də hekayələri toplanıb.

Məşhur detektiv yazarı Aqata Kristinin “Seçilmiş əsərləri”ndə onun ““Şərq ekspressi”ndə qətl”, “Beş donuz balası”, “Rocer Ekroydun qətli” romanları, həmçinin hekayələri yer alıb.

“Master və Marqarita” romanı, “İt ürəyi” povesti, pyeslər... Bunlar isə görkəmli rus yazıçısı Mixail Bulqakovun “Seçilmiş əsərləri”ndəndir.

Böyük Avstriya yazıçısı Stefan Sveyqin kitabında isə “Rotterdamlı Erazmın zəfər təntənəsi və faciəsi” (tarixi-bioqrafik oçerk) və “Yad qadının məktubu”, “Dayə” və s. hekayələr cəmlənib.

Rus ədəbiyyatı antologiyasında Sumarokov, Derjavin, Krılov, Puşkindən üzü bəri Yesenin, Axmatova, Zabolotski, Tvardovski, Mixalkova qədər 50-cən müəllifin əsərlərindən seçmələr yer alıb.

Qeyd edək ki, Azərbaycan prezidentinin sərəncamı ilə yaradılan DƏK seriyası 150 kitabdan ibarətdir. Bu seriyaya daxil olan 66 kitab artıq çapdan çıxıb. Abunə yazılışı davam edir (Ətraflı burda).

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG