Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:14

Bakı metrosunda yanğın olub


Martın 26-da saat 12.00 radələrində Bakı Metropoliteninin Azadlıq stansiyası bağlanıb.

ANS TV-nin məlumatına görə, stansiyanın bağlanmasına səbəb yanğının baş verməsi olub. Daha dəqiq metropolitenin xətlərini enerji ilə təmin edən blok qəflətən alışıb. Yanğın metronun Azadlıq prospekti stansiyasının yaxınlığında yerləşən Bakı Metropoliteninin enerji təchizatı xidmətinin binasında baş verib.

Elektrik naqillərində baş verən yanğın güclü tüstülənməyə səbəb olub. Hətta tüstü qatı Azadlıq prospekti stansiyasının platformasına da yayılıb. Stansiyada olan sərnişin və digər şəxslər dərhal evakuasiya edilib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Bir neçə dəqiqəlik metroya giriş qadağan edilib və ərazidə mühafizə postları qoyulub.

İlkin məlumatlara görə, hadisə zamanı xəsarət alan olmayıb. Ən son məlumatlara görə, stansiyanın işi 40 dəqiqədən sonra bərpa edilib. Hal-hazırda Azadlıq, eləcə də digər stansiyalarda qatarların hərəkəti adi qaydada davam edir.
XS
SM
MD
LG