Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:04

«Eurovision 2012»nin təmsilçiləri Amsterdamda toplaşacaq


Arxiv foto
Arxiv foto
Aprelin 21-də Amsterdamda «Eurovision in Consert» keçiriləcək.

Xəbəri «Eurovision.az» saytı yayıb.

«Eurovision» Mahnı Müsabiqəsinin daha iki təmsilçisi—Rumıniyanı təmsil edən Mandinga və Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou da ən sonda konsertə qatılacaqlarını bildirib.

Bununla da Amsterdamda 22 ölkənin «Eurovision 2012» təmsilçisinin ifalarını təqdim edəcəyi təsdiqlənib.

Amsterdam layihəsi iki hissədən ibarətdir - yalnız mətbuat üçün olan proqram və ifaçıların konserti.

Konsertdə İrlandiya, İspaniya, Fransa, Yunanıstan, Rumıniya, Ukrayna, Kipr, Bolqarıstan, Türkiyə, İsveçrə, Sloveniya, Latviya, Belçika, Makedoniya, San Marino, Macarıstan, Niderland, Gürcüstan, Avstriya, Litva, Finlandiya, Albaniya təmsilçiləri iştirakını təsdiqləyib.

Konsert Amsterdamın «Melkweg» arenasında keçiriləcək.
XS
SM
MD
LG