Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:45

Türkiyə Dəməşqdəki səfirliyini bağlayıb


Türkiyə-Suriya sərhədində etiraz aksiyası

Türkiyə-Suriya sərhədində etiraz aksiyası

Martın 25-də səfirliyin binası boşaldılıb. Səfir Ömer Önhon, ailəsi və bütün səfirlik əməkdaşları Türkiyəyə dönüblər. Türkiyənin Hələbdəki baş konsulluğu isə fəaliyyətini davam etdirir.

Aprelin 1-də Türkiyədə Suriyanın dostları qrupunun toplantısı keçiriləcək.

İstanbulda keçiriləcək toplantıda iştirak etmək üçün 80-dən artıq ölkə və beynəlxalq təşkilata dəvət göndərilib.

Martın 16-da isə Körfəz Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Qətər və Küveyt Suriyadakı səfirliklərini bağlamışdı.

Daha əvvəl ABŞ və Fransa Dəməşqdəki səfirliklərini bağlayıb. İtaliya, Böyük Britaniya və İspaniya isə Suriyadakı diplomatik missiyalarının fəaliyyətin müvəqqəti dayandırıb.

BMT-nin rəqəmlərinə görə, keçən ildən Suriyada 8 mindən artıq adam öldürülüb.
XS
SM
MD
LG