Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Türkiyə Dəməşqdəki səfirliyini bağlayıb


Türkiyə Dəməşqdəki səfirliyini bağlayıb. Dünən səfirliyin binası boşaldılıb. Səfir Ömer Önhon, ailəsi və bütün səfirlik əməkdaşları Türkiyəyə dönüb. Türkiyənin Hələbdıki baş konsulluğu isə fəaliyyətini davam etdirir.

Aprelin 1-də Türkiyədə Suriyanın dostları qrupunun toplantısı keçiriləcək. İstanbulda keçiriləcək toplantıda iştirak etmək üçün 80-dan artıq ölkə və beynəlxalq təşkilata dəvət göndərilib.

Martın 16-da isə Körfəz Əməkdaşlıq Şurasına daxil olan 6 ölkə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Oman, Qətər və Küveytdir Suriyadakı səfirliklərini bağlamışdı.

Daha əvvəl ABŞ və Fransa Dəməşqdəki səfirliklərini bağlayıb. İtaliya, Böyük Britaniya və İspaniya isə Suriyadakı diplomatik missiyalarının fəaliyyətin müvəqqəti dayandırıb.

BMT-nin rəqəmlərinə görə, keçən ildən Suriyada 8 mindən artıq adam öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG