Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:26

Roma Papası sülh və ədalət uğrunda mübarizəyə çağırıb


Roma papası XVİ Benedikt Meksikaya səfərini başa vurub. O, bu ölkədə açıq səma altında keçirdiyi ayində 300 mindən artıq adamın qarşısında çıxış edib. Pontifik onları dünyada sülh və ölkədə ədalət uğrunda mübarizə aparmağa çağırıb.

Son 5 ildə Meksikada narkotiklərlə bağlı qanlı qarşıdurmalarda 50 mindən artıq adam ölüb.

Meksikadan sonra Roma papası Kubaya gedib. Onun burada Venesuela prezidenti Hugo Chaveslə görüşəcəyi istisna olunmur. Venesuela prezidenti hazırda Kubada xərçəng xəstəliyindən müalicə olunur.
XS
SM
MD
LG