Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:14

Obama Şimali Koreyaya və İrana xəbərdarlıq edib


Əgər rəsmi Pxenyan Şimali Koreya raketinin kosmosa göndərilməsi planını dayandırmasa, sanksiyalarla üzləşə bilər.

Bunu ABŞ prezidenti Barac Obama Cənubi Koreyada tələbələr qarşısındakı çıxışında bildirib. Bu gün Seulda nüvə sammiti işinə başlayır. Sammitdə 50-dən çox dövlət başçısı iştirak edir. Bundan əvvəl Şimali Koreya bildirmişdi ki, apreldə kosmosa peykini göndərəcək.

İranın nüvə proqramı ilə bağlı isə Barac Obama bildirib ki, “bunu diplomatik yolla həll etmək üçün vaxt var, amma vaxtın azdır”. Obama deyib ki, “İran ciddi şəkildə vəziyyətin tələb etdiyi cəldliklə hərəkət etməlidir”.

Tehran bildirir ki, nüvə proqramı dinc məqsədlidir. Qərb isə nüvə proqramının təhlükəli olduğunu bildirərək İranı bundan imtina etməyə çağırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG