Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:51

Bakı-Qazax yolunda zəncirvari avtomobil qəzası olub


Bakı-Qazax magistral avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin təhqiqatçısı Mübariz Quliyev APA-ya bildirib ki, hadisə ötən axşam saatlarında magistral yolun 277-ci kilometrliyində, Aşdaşın Qaradeyin kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, 10-DF-429 dövlət nömrə nişanlı «VAZ 2109», 66-BH-584 dövlət nömrə nişanlı «VAZ 2107» və 90-MD-893 dövlət nömrə nişanlı «KİA» markalı minik avtomobillərinin toqquşması nəticəsində Kürdəmir rayonundakı «N» saylı hərbi hissənin zabitləri, 1988-ci il təvəllüdlü Emin Abbasov, 1987-ci il təvəllüdlü Hafiz İsmayılov, əsgər, 1992-ci il təvəllüdlü Əziz Kərimov, 1972-ci il təvəllüdlü Babayeva Günəş Hüseyn qızı və 1984-cü il təvəllüdlü Axundov İsfəndiyar Abbasqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
XS
SM
MD
LG