Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:57

XXI əsrin Naxçıvanı




Şərq qapısı
09.02.2012
Sayı: 26(20.431)
«NAXÇIVAN» ŞEİRİNDƏN BİR PARÇA:
Ey, Heydər məktəbinin Şöhrətli qəhrəmanı
Gülüstana döndərən sənsən Nəqşi – cahanı
Ana kimi sevərək anamız Naxçıvanı,
Ən qədim diyar kimi qocaldırsan onu sən,
Günbəgün gəncləşdirir, ucaldırsan onu sən
NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİNDƏ AZƏRBAYCAN RESPUBLİKASININ MEDALLARININ TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
Fevralın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində «Dövlət qulluğunda fərqlənməyə görə», «İgidliyə görə», «Hərbi xidmətlərə görə», və «Tərəqqi» medallarının təqdimat mərasimi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov təltif olunanları dövlətimizin ali mükafatlarına layiq görülmələri münasibətilə təbrik edərək demişdir: Bu gün Azərbaycan Respublikası sürətlə inkişaf edir, qəbul edilmiş Dövlət proqramları uğurla icra olunur. Bunun nəticəsidir ki, ölkəmizdə bütün sahələrdə inkişaf və tərəqqini təmin edənlər isə müxtəlif sahələrdə çalışan vətəndaşlardır. Ölkəmizdə öz işinə məsuliyyətlə yanaşan, daha çox zəhmət çəkən, fərqlənən insanların əməyi daim yüksək qiymətləndirilir, onlar vəzifələrində irəli çəkilir, dövlət təltiflərinə layiq görülürlər.
Sonra Ali Məclisin sədri təltif olunanlara medalları və onların vəsiqələrinin təqdim etmişdir.
Təltif olunanlar əməklərinə verilən bu cür yüksək qiymətə görə dərin minnətdarlıqlarını ifadə etmiş, təqdimat mərasiminin Naxçıvan muxtar Respublikasının yaradılmasının 88-ci ildönümü ərəfəsində keçirilməsinin onlar üçün ikiqat əlamətdar olduğunu bildirmişlər.
XXI ƏSRİN NAXÇIVANI
Muxtar respublikanın gələcəyinə göstərilən böyük qayğının bir ifadəsi də burada yaşıllıq sahələrinin artırılmasıdır. Son 16 ildə muxtar respublikanın ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10 min hektardan çox yaşıllıqlar salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 7,8 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ilin əvvəllərində bu göstərici 0,6 faiz həddində olmuşdur.
İndi regionumuza tez-tez səfər edən qonaqlar Naxçıvanda gedən dəyişikliklərə görə gözlərinə inanmırlar. Naxçıvan elə sürətlə dəyişir ki, bəzən muxtar respublika sakinləri özləri də dünən keçdiyi küçəni bu gün tanıya bilmir. 16 il bundan öncə möcüzə kimi görünən sərhəd kəndində belə şölələnən mavi yanacaq, 24 saat elektrik təminatı indi adi həyat reallığına çevrilmişdir
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- XXI əsrin əvvəllərində Naxçıvan
- Təbii ehtiyatlarımız artıq iqtisadi dövriyyədə
- Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılması mühüm tarixi nailiyyətdir
XS
SM
MD
LG