Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 05:55

ABŞ əsgərinin güllələdiyi əfqanların ailələrinə təzminat verilməsi barədə xəbərlər var


Robert Bales (solda).

Robert Bales (solda).


Əfqan rəsmilərindən biri adının çəkilməməsi xahişi ilə bildirib ki, ABŞ əsgərinin güllələdiyi adamların ailələrinə təzminat ödənilib. Onun sözlərinə görə həlak olanların ailələrinə təxminən 46 min, yaralılara isə 10 min ABŞ dolları verilib.

Amma Əfqanıstandakı NATO qüvvələrinin sözçüsü təzminat ödənməsi barədə xəbəri təsdiq etməyib.

Martın 11-də baş vermiş həmin qırğına görə ABŞ əsgəri Robert Bales həbs edilib. O, əvvəlcədən hazırlaşmaqla 17 dinc sakini qətlə yetirməkdə ittiham olunur.

Bu hadisəyə görə Əfqanıstanda və Pakistanda ABŞ əleyhinə qəzəbli etiraz aksiyaları keçirilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG