Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Obama Şimali və Cənubi Koreya sərhədində



ABŞ prezidenti Barack Obama martın 24-də Cənubi və Şimali Koreya arasındakı silhasızlaşdırılmış zonada müşahidə missiyası həyata keçirən ABŞ əsgərləri ilə görüşüb.

Prezident Cənubi Koreyada keçirilən nüvə terrorizmi və onun qarşısının alınmasına dair beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edib. Tədbirdə dünyanın 50-dən çox ölkəsinin, o cümlədən də Azərbaycanın prezidenti iştirak edir.

Bölgədən gələn xəbərlərə görə Şimali Koreya da raket qurğularını şimal ərazilərinə çəkir. Bu ölkədən məlumat veriblər ki, aprelin 12-16-da öz peykini orbitə buraxacaq. Şimali Koreya bunu ölkənin qurucu prezidenti Kim İl-Sungun 100-cü doğum günü münasibətilə həyata keçirəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG