Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:12

Annan Medvedevlə Suriya məsələsini müzakirə edir



BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Annan bazar günü Moskvada prezident Dmitry Medvedevlə Suriya problemini müzakirə edəcək. BMT-nin keçmiş Baş katibi olan Annan özünün Suriyada atəşkəsin əldə edilməsinə dair planlarına Rusiyanın da dəstəyini almağa çalışır.

Danışıqlar ərəfəsində Kreml bildirib ki, xaricdən Suriya müxalifətinə hərbi və siyasi dəstək kəsilməyincə bu ölkədə atəşkəsə nail olmaq mümkün olmayacaq. Moskva hesab edir ki, Suriya məsələsində Qərb birtərəfli şəkildə müxalifətin tərəfini tutur və buna görə də ölkədə döyüşləri qızışdırır. Rusiyanın Suriyada hərbi dəniz donanması yerləşir.

Avropa Birliyi bugünlər Suriyanın iki dövlət neft şirkətinə qarşı sanksiyalar qoyub. Bundan az əvvəl də Avropa Birliyi Suriya prezidenti Bashar Assadın xanımına qarşı sanksiya tətbiq edib.

BMT son bir ildə Suriyada rejim dəyişikliyi tələbilə keçirilən etiraz aksiyalarına hökumətin silahlı müdaxiləsi nəticəsində qarşıdurmada 8 mindən çox adamın həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG