Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:49

Həbsdə olan Yuliya Timoşenko təcili müalicə olunmalıdır


Ukraynalı həkimlər həbsdə olan keçmiş baş nazir Yuliya Timoşenkonun həqiqətən də müalicəyə ehtiyacı olduğunu deyirlər.

Yerli həkimləri qəsdən düzgün diaqnoz qoymamaqda ittiham edən Timoşenko bundan əvvəl müalicə üçün xaricdən həkim gətirilməsini tələb edirdi.

Amma indi hokumətin təyin etdiyi yerli həkimlər deyirlər ki, o təcili müalicə olunmalıdır.

Timoşenkonun qohumları, tərəfdarları və Avropa İnsan Haqları Məhkəməsi Ukrayna hakimiyyətini təcili onun səhhətindən muğayat olmağa çağırırlar.

Timoşenko hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Amma o həbsinin siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG