Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:36

İnterpol:"Avropanı yeni cihad təhlükəsi gözləyir"


Avropa yeni cihad təhlükəsilə üzləşib.

Bunu İnterpolun rəhbəri Rob Wainwright deyir.

Onun sözlərinə görə təhlükə Avropa Birliyi ölkələrində yaşayan terrorçulardan gəlir və bu hücumlar bir mərkəzdən idarə olunmadığından onu izləmək mümkün deyil.

Bu həftə Fransanın Tuluza şəhərində 7 adamın qətlində şübhəli bilinən Mohammed Mera keçirilmiş xüsusi əməliyyat nəticəsində öldürüldü.

Əslən Əlcəzairdən olan 23 yaşlı Mera Fransa vətəndaşıdır.

İnterpol hesab edir ki, bu hücumun arxasında Əl Qaidə durur.
XS
SM
MD
LG