Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:14

Suriya üzrə xüsusi elçi Kofi Annan Moskvaya gedir


BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi elçisi Kofi Annan Suriyadakı vəziyyəti müzakirə etmək üçün bu gün Moskvaya yollanır.

Onun Moskvadan Pekinə gedəcəyi gözlənilir.

Kofi Annan böhranın həlliylə bağlı yeni sülh planı təklif edib.

Avropa Birliyi cümə günü Suriya prezidenti Bashar Assadın ailə üzvləri və daha 9 yaxın ətrafına qarşı sanksiya tətbiq edib.

Onların Avropa banklarındakı kapitalları dondurulacaq.

Artıq 1 ildir ki, Suriyada Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 8 mindən çox adamın öldüyünü deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG