Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:21

Türkiyəni jurnalistlərə qarşı təqiblərə son qoymağa çağırırlar


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi Türkiyə hökumətini jurnalist Ahmet Şık'a qarşı cinayət təqibini dayandırmağa çağırır.

Komitə həmçinin istəyir ki, hökumət martın 12-də həbsdən buraxılan Ahmet Şık'la yanaşı, digər jurnalist Nedim Şener'ə qarşı təhdidlərlə bağlı şübhələri də araşdırsın.

Hər iki jurnalist Türkiyədə «Ergenekon» hadisələri ilə əlaqədar 1 ildən çox həbsdə saxlanılıb və martın 12-də girov müqabilində azadlığa buraxılıb.

İndi jurnalist Ahmet Şık'a qarşı yeni ittiham irəli sürülüb. O, həbsxanadan çıxandan sonra hakim və prokurorların ünvanına təhdidlər səsləndirməkdə ittiham olunur.
XS
SM
MD
LG