Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:52

Vaşinqton Rusiyadakı anti-Amerika ovqatından təəccüblənib


Michael McFaul
Michael McFaul
«Rusiyadakı anti-Amerika ovqatının səviyyəsi Vaşinqtonda hər kəs üçün həqiqətən də sürpriz olub».

ABŞ-ın Rusiyadakı səfiri Michael McFaul «Amerikanın səsi» radiosuna müsahibəsində belə deyib.

«Biz «soyuq müharibə» və tikanlı ritorika dövrünə qayıtmaqda qətiyyən maraqlı deyilik. Düşünmürük ki, bu, Amerikanın milli maraqlarına xidmət edir».

Səfir deyib ki, Rusiya mətbuatındakı anti-Amerika kampaniyasına və ritorikasına cavab olaraq onlar «real diplomatiya»ya əl atmaq niyyətindədirlər. McFaul bildirib ki, bu kampaniya ABŞ prezidenti Barack Obama'nın tənqidçilərinin əlinə fürsət verib. Onların fikrincə, Rusiya-Amerika münasibətlərindəki gərginlik aradan qalxmayıb.
McFaul isə deyib ki, Rusiyadakı prezident seçkisi dövründə anti-Amerika ritorikasının seçicilərə təsiri haqda sorğunun sonucları ona maraqlı gələrdi. Amma hələlik bu haqda onda məlumat yoxdur.

OBAMA RUSİYA SİYASƏTİNİ DƏYİŞƏ BİLƏRMİ?

Yeni seçilmiş prezident Vladimir Putin ABŞ-a gələndə rəsmilər onunla «çox məzmunlu görüş» keçirmək niyyətindədirlər. Bunu da səfir deyib və əlavə edib ki, Obama 3 il üzərində işlədiyi Rusiya siyasətini dəyişməyə hazırlaşmır.

SƏFİR MÜXALİFƏTİN MALİYYƏLƏŞDİRİLMƏSİ HAQDA

Səfir ABŞ-ın Rusiya müxalifətini maliyyələşdirməsi haqda ittihamlara da şərh verib.

«Mən aydın demək istəyirəm ki, ABŞ-ın Rusiyada vətəndaş cəmiyyətinin inkişafına ayırdığı pulun heç bir hissəsi nə siyasi qurumlar, partiya və hərəkətlər, nə nümayişlərin təşkili, nə də siyasi liderlər üçün nəzərdə tutulub. Düşünürəm ki, Rusiya bu məsələdə ciddi səhvə yol verir», - deyə Michael McFaul bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG