Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:24

Amerikadakı varlı iranlılar haqda "Məğribin Şahları" şousu qalmaqala səbəb olub


Kaliforniya, Beverli Hills şəhərində "Hollywood" yazısı olan məşhur dağ

Kaliforniya, Beverli Hills şəhərində "Hollywood" yazısı olan məşhur dağ

Amerikalılardan soruşsan ki, İran deyəndə ağlınıza nə gəlir, çoxları 1979-cu il inqilabı zamanı Tehranda ABŞ səfirliyinin əməkdaşlarının girov götürülməsini yada salacaq. Ya da qara əbalı, ağ saqqalı Ayətullanın yerli-yersiz Amerikanı hədələməsini misal çəkəcəklər.

Los-Ancelesdə nümayiş etdirilən yeni teleserialın müəllifləri də iranlılar haqda bu stereotipi dağıtmaq istəyirlər. Onlar, özlərinin dediyi kimi, iranlıları başqa tərəfdən göstərməyi hədəfləyirlər.

Necə?

Bahalı maşınlarda gəzən, deyib-gülən, xoşbəxt həyat tərzi sürən, şampanı su yerinə axıdan, özəl təyyarələri və malikanələri olan İran mənşəli Amerikalıların qayğısız həyatını göstərməklə.

Söhbət “Məğribin (Günbatanın) Şahları” (Shahs of Sunset) adlı TV şoudan gedir. Onun adı Los-Ancelesin simvoluna çevrilən Günbatan Bulvarından (Sunset Boulevard) götürülüb.

İRAN İNQİLABINIDAN QAÇANLARIN AMERİKALI ÖVLADLARI

"Məğrib Şahları"ı serialı 30 yaşlarında 6 gəncin həyatından bəhs edir. Hamısı 1979-cu il inqilabından sonra İrandan Amerikaya muhacirət edənlərin ailəsində doğulub, Amerikada böyüyüblər. Şou bu İran mənşəli amerikalıların gündəlik həyatını, əyləncələrini, qayğılarını göstərilir.

Yeni TV şou vaxtilə italya mənşəli amerikalılar haqda çəkilən "Jersey Shore" və varlı evdar xanımların cah-cəlallı həyatını göstərən "Real Housewives" kimi populyarlıq qazanmış serialları xatırladır.

"Məğrib Şahları"ı serialının müəllifləri deyirlər ki, onların məqsədi yeni tanışlığı və məclislərdə əylənməyi sevən, eyni zamanda valideynlərindən qorxan, hər şeyə görə icazə almaq məcburiyyətini yaşayan gənclərdən gedir. Valideynləri onların öz yerliləri ilə ailə qurmasını istəyir, buna görə daim övladlarını sıxışdırırlar. Digər tərəfdən serial qəhrəmanları var-dövlətlərini gözə soxmaqdan çəkinməyən, eyni zamanda kifayət qədər işgüzar olan adamların həyatını əks etdirir.


ŞOUNUN QƏHRƏMANLRI KİMLƏRDİ?

Filmin əsas qəhrəmanı GG – Golnesa Gharachedaghidir. O eksoztik gözəlliyə və çılğın temperamentə malikdir. İran şahzadəsini xatırladan Golnesa gündə bir neçə dəfə dostlarıyla restorana getməyi və bahalı mağazalardan alışı sevir.

Varlı atasının ərköyün qızı Golnesa hər yerdə “hesabı atama yazın” deməsiylə yadda qalır.

Başqa bir personaj - Mike Shouhed isə özünü İranlı daşınmaz əmlak mafiyası sayır. Anasıyla qalır və hələ də bir gün evə anasının bəyənəcəyi bir qız tapıb gətiərəcəyi ümidiylə yaşayır.

Sounun başqa qəhrəmanı Reza Farahan isə homoseksualdır. O, iranlılar arasında seksual orientasiyasını, gey olduğunu gizlətməyən çox az fərdlərdən biri kimi təqdim olunur. Buna görə çoxlu qınaq və özünun eyş-işrət macəraları haqda şayiələrlə üzləşməli olur.

"MJ" – Mercedes Javid isə evdə hegemon olan anasını daim özündən çıxaran əyləncəyə meylli qızıdır.

Hələlik şounun ancaq bir hissəsi internetdə yayılıb. Orada 6 dostun yeyib-içib əylənməsi, mağazalarda bazarlığı və var-dövlətləri haqda söhbətləri yer alıb.


VARLILARIN ÖZ QƏRİBƏLİYİ OLUR

"Məğrib Şahları"dakı söhbətlər təxminən bu səpgidə gedir:

MJ – Mercedes Javid:

- Ancaq iranlılar hovuzun kənarında yeyib-içmək məclisi təşkil edib, qəfəsdə də pələng gətirə bilər. (gülür) çünki hovuz məclisi pələngsiz olmaz.

Reza:

- Bilirsiz də mən öz evimdə necə məclis verirəm. Aşpazlar, barmenlər çağırıram, özünüz bilirsiz də. Hər şey olur. Mən belə qonaqlıq verirəm”

Serialda göstərilən həyat tərzinin öz fəlsəfəsi var:

Harasa gecikirsənsə, demək İran vaxtıyla gəlmisən. Əgər harasa özəl təyyarə ilə yox, adi reyslə uçursansa, deməli yazıqsan. Cəlbedici, gözəl deyilsənsə, səni yanımızda görmək istəmirik. GG – Golnesa isə ümumiyyətlə deyir: “mən çirkin adamlardan nifrət edirəm”.

Qısacası, bu şouya Amerikada hər həftə baxmaq istəyənlər yetərincədir.

AMERİKA İRANLILARINDAN ETİRAZ

Ancaq şou qəhrəmanlarından fərqli olan iran mənşəli amerikalıların heç də hamısı şounu xüsusi sevinclə qarşıladılar. Onlardan bir qrupu isə artıq ilk günlərdən şounun əleyhinə kampaniyaya başlayıblar. Facebookda “Məğribin Şahları” əleyhdarları adlı qrup da yaradılıb. Onlar şou müəlliflərini irqçi stereotipləri təbliğ etməkdə və İran mənşəli amerikalılarla karikatura kimi məzələnməkdə ittiham edirlər.

Qrupa yazanlardan biri deyir ki, bu şounun heç bir əyləncəli tərəfi yoxdur. Bu ancaq iranlıları tanımayanlarda yanlış fikirlər yaradacaq.

Şounun əleyhdarları internetdə etiraz məktubu – petisiya da yerləşdirib, hər kəsi onu imzalamağa çağırırlar. 800-ə yaxın adamın imzaladığı müraciətdə İrandan olmayanların da adı var. Onlar da İnlıların olduğundan fərqli təqdim olunamsına etiraz elədiklərini deyirlər.

Belələri haqda filmin qəhrəmanı Mike Shouhedin cavab verir. Deyir ki, bu adamlar paxıllıq edənlərdir:

- Biz sadəcə əylənirik və özümüzü olduğumuz kimi aparırıq. Bizi terrorçu kimi mənfi obrazlarla xatırlamaqdansa, insanları əsl mədəniyyətimiz, yaşamımızla tanış eləmək istəyirik. Bu əslində bizim adi insan olduğumuzu göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG