Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:11
Suriyada xalq üsyanının yatırılması nəticəsində ölənlərin sayının 8000-i keçdiyi bir vaxtda bu ölkəyə hərbi müdaxilə tərəfdarları sual edirlər - dünya nə vaxta qədər baş verənlərə seyrçi kimi baxacaq?

«Mən ABŞ-dan ibarət olmayan bir çox ölkənin, o cümlədən Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Yaxın Şərq ölkələrini əhatə edən bir koalisiyanın yaradılmasının tərəfdarıyam. Yalnız bu cür koalisiyanın hərbi müdaxiləsi ilə bu tankların və artilleriyanın qarşısını almaq olar. Əks halda qətllər davam edəcək. Bu, qeyri-bərabər müharibədir».

Bunu Suriyaya hərbi müdaxilənin zəruriliyi haqqında tez-tez danışan senator John McCain deyir.

Suriya müxalifətinin əsas təşkilatı olan Suriya Milli Şurası xarici dövlətləri ölkədəki müqavimət hərəkatını silahlandırmağa çağırıb. İndiyə qədər heç bir ölkə açıq şəkildə buna razılıq verməyib. Ancaq Səudiyyə Ərəbistanı və Qətər bunu «yaxşı ideya» adlandırıblar.

BMT QƏTNAMƏSİ OLMADAN DA MÜMKÜNDÜR

Hərbi müdaxilə arqumentlərinin əsasında bir fikir dayanır - insan hüquqlarını müdafiə etmək mənəvi Suriyada müxalif qüvvələr

Suriyada müxalif qüvvələr

borcdur.

İngiltərədə olan Qrinviç Dəniz İnstitutunun direktoru Chris Bellamy deyir ki, BMT-nin 90-cı illərdə Bosniyaya hərbi müdaxiləsindən sonra humanitar narahatlıq suverenlik anlayışdan üstün olmağa başlayıb. O deyir ki, o vaxtdan BMT qətnaməsi olmadan ayrı-ayrı koalisiyaların bir neçə belə müdaxilələri olub. Lazım gəlsə, Suriyada da eyni şey təkrar ola bilər.


HƏRBİ MÜDAXİLƏYƏ ÇAĞIRANLAR BAŞA DÜŞMƏLİDİRLƏR Kİ...

Suriyada hərbi müdaxiləyə qarşı olanlar isə deyirlər ki, bu, gözlənilməz nəticələrə gətirib çıxara bilər. ABŞ-ın Müdafiə naziri Leon Panetta:

«Hərbi müdaxiləyə çağıranlar başa düşməlidirlər ki, belə addım atmazdan qabaq bu cür addımların nəyə gətirib çıxaracağını dərk etmək lazımdır».

Leon Panetta

Leon Panetta

Liviyada olduğu kimi, burda da ehtiyat edirlər ki, kimliyi bəlli olmayan müxalif döyüşçüləri silahlandırmaq ölkəni tammiqyaslı vətəndaş müharibəsinə sürükləyə bilər. Bir narahatlıq da ondan ibarətdir ki, Qərbin hərbi müdaxiləsi Bashar Assad'in müttəfiqləri olan İran, Rusiya və Çini qorxuda, onları da dolayı yolla münaqişəyə cəlb edə bilər.

ƏN BÖYÜK MANEƏ - RUSİYA

ABŞ-ın Kral İnstitutunun siyasi eksperti Shahshank Joshi deyir ki, Suriyanın özünün dayağı saydığı Rusiya xüsusilə təhlükəlidir:

«Narahatlıq bundan ibarətdir ki, ruslar Suriya rejimini müasir hərbi avadanlıqla təchiz edər. Həm də hərbi müdaxilə həddən artıq xərc tələb edər».

Hələlik heç bir dövlət Suriyaya hərbi müdaxilə etməyə çağırmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG