Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:14
Qzaxıstanın Xarici işlər nazirliyi bəyanat verib ki, Qazaxıstanın himninin yerinə parodiyanı səsləndirmək qalmaqaldır və bu, araşdırılmalıdır.

Küveytdə beynəlxalq atıcılıq yarışlarında birinci yeri tutan qazaxıstanlı qalibin şərəfinə Qazaxıstan himninin yerinə səhvən “Borat” komediyasından parodiyanı səsləndiriblər.

Qazaxıstanın nümayəndə heyəti bunun səbəbini soruşub, ancaq təşkilatçılar rəsmi cavab verməyiblər.

Britaniyalı aktyor Sacha Baron Cohenin iştirak etdiyi “Borat” filmi guya qazaxıstanlı olan jurnalistin Amerika macəralarından bəhs edir.

2006-cı ildə çəkilən bu film təhqiredici sayılaraq Küveytdə və bir çox ərəb ölkələrində qadağan olunub.

Amma film ABŞ-da "Golden globe" mükafatına layiq görülüb.

Oskara namizədliyi irəli sürülsə də, mükafat ala bilməyib.

Cohen imkan düşdükcə Qazaxıstanı ələ salır. Bu videoda "qazax jurnalisti" kimi özünün uydurduğu Qazaxıstan himnini oxuyur...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG