Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:48

«Azərsu» istehlakçıları içməli sudan qənaətlə istifadə etməyə çağırır


«Azərsu» Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

«Azərsu» ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, yay rejiminə hazırlıq məqsədilə içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə profilaktika işlərinə başlanılıb.

Bu işlər çərçivəsində yay aylarında Bakı şəhəri və onun qəsəbələrinin, Abşeron rayonu və Sumqayıt şəhərinin dayanıqlı su təchizatının aparılması üçün magistral kəmərlərin vəziyyətinin yoxlanması və təmirə ehtiyac olan hissələrin bərpası, nasaz siyirtmələrin dəyişdirilməsi nəzərdə tutulur.

Bu işlərin müəyyən vaxt aparması ilə əlaqədar hidravlik rejimlərdə baş verəcək dəyişikliklər Abşeron yarımadasına ötürülən suyun həcminin azalması ilə müşahidə olunacaq. Bunu nəzərə alaraq «Azərsu» ASC istehlakçılardan xahiş edir ki, bu müddətdə içməli sudan qənaətlə istifadə etsinlər və israfçılığa yol verməsinlər. Tədbirlər proqramına uyğun olaraq magistral xətlərdə profilaktika işlərinin aprel ayının əvvəllərində başa çatdırılması nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG