Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:07

Xorvatiya İranın neft embarqosuna qoşuldu


Xorvatiya bildirib ki, Avropa Birliyinin neft embarqosuna qoşulur.

Xarici işlər nazirliyi elan edib ki, Xorvatiya İran neftinin və İranın neft və neft-kimya məhsullarının alınmasını qadağan edir.

Avropa Birliyi yanvar ayından tədrici olaraq İran neftinin və neft məhsullarının alınmasını dayandırır. Tam embarqo yayda başlanacaq.

Xorvatiya Avropa Birliyinə 2013-cü ilin iyulunda qoşulacaq.
XS
SM
MD
LG