Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:36

Belarus və Suriyaya yeni sanksiyalar tətbiq olunacaq


Bu gün Brüsseldə Avropa Birliyi ölkələri xarici işlər nazirləri Belarus və Suriyaya qarşı yeni sanksiyalar tətbiq olunmasını müzakirə edirlər.

Avropa Birliyi Belarusun daha 12 vətəndaşına sanksiya tətbiq etmək istəyir. Onlara Avropa Birliyi ölkələrinə səfər etmək qadağan olunacaq, şəxsi hesabları dondurulacaq. İqtisadi sanksiyalar isə 29 Belarus şirkətini əhatə edəcək.

Suriyaya qarşı sanksiyalar tətbiq olunmuş şəxslərin də siyahısına daha 12-si əlavə olunacaq. Onların arasında prezident Bashar Assadin həyat yoldaşı Asma Assadin də adı var.
XS
SM
MD
LG