Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:00

Taliban Amerika məhkəməsinə inanmır


Əfqanıstan talibləri Qəndəharda 17 dinc sakini qətlə yetirmiş hərbçini mühakimə edəcək Amerika məhkəməsinə inanmır.

Reuters agentliyinin xəbərinə görə, bu bəyanatla Talibanın sözçüsü Zabihullah Mujahid çıxış edib.

Martın 11-də ABŞ hərbçisi, 38 yaşlı Robert Bales Qəndəhardakı kəndlərdən birində 17 dinc sakini güllələmişdi. Onlardan 9-u uşaq idi.

Robert Bales hazırda Kansas ştatındakı hərbi həbsxanada saxlanılır. Onun haqqında ölüm hökmünün çıxarılacağı gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG