Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:53

4 aylıq marş iştirakçıları 2 min km-i piyada gedəcəklər

Müsəlman və xristianlar yayda birgə yürüşə çıxacaqlar. Sülh Marşı bu ilin iyulunda Rusiyanın Kazan şəhərindən start götürəcək və 4 ay davam edəcək. Yürüş Qüdsdə yekunlaşacaq.

«Tariq Al Qadr» adlandırılan sülh və razılıq marşında 36 könüllü iştirak edəcək. Yürüşün marşrutu elə seçilib ki, dindarlar 5 sivilizasiyanı əhatə edən yerlərdən keçəcəklər. Onların yolunun üstünə slavyanlar, türklər, Qafqaz xalqları və ərəblər çıxacaq.

Yolun ümumi uzunluğu 6767 km təşkil edir ki, bunun da 3570 km-ni yürüşçülər avtobusla, 1000 km-ni gəmiylə, yerdə qalan 2 min km-dən çox məsafəni isə piyada gedəcəklər. Marşın piyada hissəsinə Qroznıdan start veriləcək.

DİNLƏR BARIŞMASA, SÜLH DƏ OLMAYACAQ

Təşkilatçılardan biri, İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Hərəkatının rəhbəri Deni Yəhyayev deyib ki, marşın əsas məqsədi millətlər və konsessiyalararası əlaqələri gücləndirməyə yönəlib.

«Yalnız dinlərarası barış bütün dünyada sülhün qorunmasına kömək edə bilər. Bizim yürüşdə dinindən, yaşayış yerindən və cinsindən asılı olmayaraq hər kəs iştirak edə bilər. Əsas şərt – daxili tolerantlıq, digər din nümayəndəsinə hörmət etmək və təbii ki, müvafiq fiziki və psixoloji hazırlıqlı olmaqdır».

Qeyd edək ki, son 20 il ərzində dünyanın müxtəlif ölkələrində dini zəmində müxtəlif marşlar keçirilib. Lakin marşrutun mürəkkəbliyinə görə indiyə kimi «Tariq Al Qadr»a bənzər başqa bir yürüş hazırlanmayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG