Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:34

Azərbaycanda 5 kişidən 1-i... siqaretdən ölür


ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının siqaret qutularının üstünə təklif etdiyi 36 şəkildən biri

ABŞ-ın Ərzaq və Dərman Administrasiyasının siqaret qutularının üstünə təklif etdiyi 36 şəkildən biri

TÜTÜN VƏ AZƏRBAYCAN

Azərbaycanda kişilər arasında ölümlərin 22,3 faizinin, qadın ölümlərinin isə 6,5 faizinin səbəbkarı tütündür.

Azərbaycanda bir ildə adambaşına (istər çəkən olsun, istər çəkməyən) 1877 siqaret satılır.

Bu o deməkdir ki, Azərbaycanda bir ildə satılan siqaretlərin sayı hazırda 17 milyard səviyyəsindədir.

ERMƏNİSTAN, GÜRCÜSTAN

Ermənistanda kişi ölümlərinin 32,7 faizi, qadın ölümlərinin 7,7 faizi tütündəndir
Ermənistanda bir ildə adambaşına 1620 siqaret satılır.

Gürcüstanda vəziyyət Azərbaycan və Ermənistandan xeyli fərqlidir.
Burda kişi ölümlərinin 15,7 faizi, qadın ölümlərinin cəmi 0,9 faizi birbaşa tütündəndir.

Gürcüstanda bir ildə satılan siqaretlərin sayını adamların sayına böləndə, adambaşaına 1039 siqaret düşür.

Bütün bunlar “Tütün Atlası” adlı yeni hesabatdandır.

İLƏ 6 MİLYON ÖLÜM

“Tütün Atlası”na görə, dünyada hər il tütündən 6 milyon adam ölür.

İldə bu qədər adam öldürən tütündən siqaret düzəldib-satan şirkətlərin mənfəəti isə 35 milyard dollardır.

Bunun nə qədər böyük məbləğ olduğunu təsəvvür etmək üçün deyilir ki, bu, Coca-Cola, Microsoft və McDonald”s kimi şirkətlərin birgə mənfəətinə bərabərdir.

10 İLƏ 43 TRİLYON SİQARET

“Tütün Atlası” adlı hesabatı Dünya Ağ Ciyər Fondu və Amerikanın Xərçəng Cəmiyyəti hazırlayır.

Bu ilki “Tütün Atlası”ndə deyilir ki, bu xəritələr 4-cü dəfədir ki, hazırlanır və 2002-ci ildə çıxan birinci atlasdan bu günə kimi dünyada siqaretdən 50 milyon adam ölüb.

Bu 10 ildə dünyada 43 trilyon siqaret çəkilib.

“Tütün Atlası” dünyada tütünə aludəçiliyi tütün epidemiyası adlandırır.
Dünyadakı təmayüllər isə belədir:

Tütündən ölümlərin 80 faizi kasıb və orta gəlirli ölkələrin payına düşür.

Bu gün dünyada kişilər arasında ölümlərin 15 faizinin,
qadın ölümlərinin 7 faizinin günahkarı tütündür.
Özü də bu, tütünün birbaşa günahkar olduğu ölümlərin sayıdır.

Atlasda deyilir ki, tütün 4 əsas xəstəliyə- xərçəng, ürək, şəkər və nəfəs borusu xəstəliklərinə aparan risk faktorudur. Dünyada ölümlərin 63 faizi bu 4 xəstəliyin payına düşür.

TÜRKİYƏDƏ KİŞİLƏRİN 38 FAİZİ TÜTÜNDƏN ÖLÜR

Çində tütün bir nömrəli killerdir. O, 1 milyon 200 min adam öldürür. 2030-cu ilə bu ölümlərin sayı 3 milyon 500 minə çatmalıdır.

Türkiyədə kişilər arasında ölümlərin 38 faizinə səbəbkar tütündür.
Qazaxıstanda bu, 35 faizdir.

Maldiv adalaraında ölən qadınların 25 faizi tütündən ölür. Bu göstərici ABŞ-da 23 faizdir.

CANA VƏ CİBƏ ZİYAN

Bir qutu siqaret çəkməklə ABŞ vətəndaşı öz sağlamlığına 35 dollarlıq ziyan vurur.

2000-2004-cü illərdə ABŞ-da ildə 71 milyard siqaret satılıb.

Siqaret çəkməklə bağlı ABŞ iqtisadiyyatına ildə 193 milyard dollar ziyan dəyir.

KASIB VƏ VAQRLI ÖLKƏLƏR

Kasıb ölkələrdə tütünlə mübarizəyə bir ildə çəkilən xərc adambaşına 0,0001 dollardır.

“TÜTÜN QATİLDİR”

“Tütün Atlası”nın yayılması ilə bağlı Dünya Səhiyyə Təşkilatının baş direktoru Margaret Chan deyib:
“Tütün qatildir. O, reklam oluna bilməz. Onun istehsalına subsidiya verilə bilməz. O, gözəl həyat tərzinin əlaməti ola bilməz”.

SORĞU

2010-cu ildə keçirilən sorğuya görə, Kanadada siqaret çəkənlərin 88 faizi deyib ki, ömürlərində azı bir dəfə siqareti tərgitməyə cəhd ediblər.
ABŞ-da belələri 86 faizdir.

Çində siqareti tərgitmək istəyən də azdır. Burda siqaret çəkənlərin cəmi 53 faizi nə vaxtsa tərgitməyə cəhd edib.

"MƏDƏNİYYƏTDƏN SİLİNMƏLİDİR"

“Tütün Atlası” Sinqapurda keçirilən Tütün yoxsa Sağlamlıq Beynəlxalq Konfransında təqdim olunub.
Orda Uruqvay, Avstraliya tütündən azad olmaqda gödükləri işlərə görə xüsusi qeyd olunublar.
Konfransda Uruqvayı təmsil edən Xarici İşlər nazirliyinin departament direktoru Ricardo Varela deyir: "İspan, italyan mənşəli olanlar üçün
yaxşı şərab, yaxşı kofe, yaxşı ət və ya tütün çəkmək mədəniyyətin bir hissəsidir. Ancaq biz son 5-10 ildə bu mədəniyyəti dəyişirik. Tütün çəkmək mədəniyyətdən silinir."

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG