Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

Muhammed Merahın ələ keçirilməsi üçün əməliyyat davam edir


Fransada yəhudi məktəbində 4 nəfəri, bundan sonra isə 3 fransız əsgərini öldürməkdə ittiham olunan Muhammed Merahın sağ ələ keçirilməsi üçün əməliyyat iki gündür davam edir.

23 yaşı Əlcəzair əsilli Muhammed Merahın Toulouse şəhərindəki evi mühasirəyə alınıb. Əməliyyat yerli vaxtla gecə saat 3-də başlanıb.

Fransanın daxili işlər naziri Claude Gueant bildirib ki, Merah silahlıdır və yaşadığı evin zirzəmisində gizlənib. O, əməliyyatın ilk saatlarında üç polisi yaralayıb. Əvvəlcə Merahla polis arasında danışıqlar olub. Bundan sonra isə onunla əlaqə kəsilib. Daxili işlər naziri şübhəlinin sağ olmasından əmin olmadığını da bildirib.

Claude Gueant bildirib ki, onların məqsədi Muhammed Merahı sağ ələ keçirməkdir. Nazir deyib ki, dünən pəncərələrin polis tərəfindən partladılmasından sonra onunla əlaqə qurmamışıq. “Partlayışdan sonra iki güllə səsi eşitdik. Ancaq bunun nə olduğunu bilmirik”.

Muhammed Merahın Əfqanıstanda təlim keçdiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG