Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Malidə hərbçilər çevriliş edib


Malinin paytaxtı Bamakoda hərbçilər Prezident Sarayını ələ keçirib. Onlar bir neçə naziri həbs ediblər, prezidentin devrildiyini bildiriblər.

Bu haqda France-Presse agentliyi üsyançılara istinadən xəbər verir. Həbs olunanlar arasında xarici işlər naziri Sumeyl Bubeye Mayga da var. Bundan əvvəl prezident Amad Tumani Turenin nümayəndəsi prezidentin təhlükəsiz yerdə olduğunu bildirmişdi.

Hərbçilər hakimiyyətin Malinin şimalındakı tuareq tayfasının üsyanına göstərdiyi münasibətdən narazıdır. Hərbçilər bildirir ki, üsyanın yatırılması tədbirləri lazımi səviyyədə aparılmır, əsgərlər qida və hərbi sursatla lazımınca təchiz olunmur.

BMT Təhlükəsizlik Şurası Malidəki vəziyyətlə bağlı hər iki tərəfi sakitliyə və konstitusiya əməl etməyə çağırıb. Bir aydan sonra Malidə prezident seçkisi keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG