Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:50
.
oxuzali.az

Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi Heydər Əliyev Fondunun ayırdığı maliyyə ilə həyata keçirilir.

AzərTAc-ın məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Roma şəhərinin meri Canni Alemanno ilə görüşündə bildirib.

Səfirin sözlərinə görə, bu, Azərbaycanın İtaliya, xüsusilə də Roma şəhəri ilə dostluq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verəcək.

Mer Alemanno Heydər Əliyev Fondu tərəfindən Roma şəhərinin Kapitoli Muzeyində bərpa işləri üçün maliyyə dəstəyinin Azərbaycan tərəfinin yalnız İtaliyanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinin qorunmasına verdiyi töhfəsi kimi qiymətləndirib və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Birinci ledi Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun bərpa işlərinə nə qədər vəsait xərclədiyi açıqlanmır. (Fond indiyəcən maliyyə qaynaqlarını da açıqlamayıb).

2009-cu ildə Heydər Əliyev Fondu Avropanın ən möhtəşəm memarlıq abidələrindən olan - Fransanın Strasburq şəhərindəki kafedral kilsəyə - «Bizim ledi» kilsəsinə 40 min avro bağışlamışdı. Kilsədən bildirmişdilər ki, 40 min avro kilsənin iki böyük pəncərəsinin təmirinə istifadə ediləcək.

Romadakı Kapitoli muzeyi dünyada əhali üçün açıq olan ən qədim muzeydir.

1471-ci ildə Roma papası 4-cü Sikst antik tunc kolleksiyasını "hədiyyə olaraq Roma xalqına" bağışlayır, beləliklə muzeyin əsası qoyulmuş olur.

Muzey Romadakı Kapitoli meydanındakı 3 binada yerləşir.

Onları dahi Mikelancelo layihələşdirib. Burada "Ölən qall", "Kapitolinin dişi canavarı", "Mark Avrelinin at üstündə" heykəlləri və başqa şedevrlər saxlanır.

Fevralın 13-də Roma Sivilizasiyası Muzeyində açılmış “Azərbaycan, İpək yolu üzərində Odlar Yurdu” adlı sərgi may ayına qədər davam edəcək. Aprel ayında isə İtaliyada keçiriləcək Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Ölən qall (qladiator)

Ölən qall (qladiator)


Kapitoli muzeyi üçün Mikelancelonun layihəsi

Kapitoli muzeyi üçün Mikelancelonun layihəsi

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG