Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:08

BMT-də Suriya ilə bağlı qətnamə layihəsi müzakirə olunur


Suriya böhranı olduqca təhlükəli həddə çatıb və artıq bütün dünyaya pis təsir göstərir.

Bunu BMT-nin baş katibi Ban Ki Moon çərşənbə axşamı Cakartada çıxış edərkən deyib.

BMT-nin təhlükəsizlik şurasında Suriya hakimiyyəti və müxalifəti qan tökülməsini dayandırmağa çağıran qətnamə layihəsi müzakirə olunur.

Sənədi Ərəb Dövlətləri Liqası ilə BMT-nin Suriya üzrə xüsusi elçisi Kofi Annan hazırlayıb.

Bir ildir ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 8 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG