Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:00

Azərbaycan snayperi erməni hərbçisini öldürüb


Ermənistanın Müdafiə Nazirliyi açıqlama yayıb ki, martın 19-da azərbaycanlı snayperi bir erməni hərbçisini öldürüb.

Hadisə Ermənistanın şimal şərqində yerləşən Tavuş vilayətində baş verib. Ötən həftə də eyni ərazidə bir erməni serjantı snayperdən açılan atəşlə öldürülmüşdü.

Martın 21-i qeyri-iş günü olduğundan Azərbaycan Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasını öyrənə bilmədik.

Martın əvvəlində Dağlıq Qarabağla təmas xəttində Azərbaycan tərəfinin də 2 əsgəri öldürülüb.

Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi 1994-cü il mayın 12-də imzalanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG