Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:52

Amnesty International musiqiçilərə işgəncəni pislədi


Amnesty International
Amnesty International
Azərbaycan hökuməti mitinqdə iştirak edən musiqiçilərə polisin işgəncə verməsi faktını araşdırmalıdır. Martın 21-də Amnesty Internationalın rok musiqi ifaçısı Camal Əlin və bas gitarist Natiq Kamilovun həbsilə bağlı yaydığı bəyanatda belə deyilir.

Bəyanatda həbs olunanların ailə üzvləri və vəkillə görüşünə də icazə verilmədiyi, polis idarəsində təkrar işgəncəyə məruz qaldığı da yer alır.

2 ay sonra Eurovision mahnı müsabiqəsinə səhnə olacaq Bakıda belə bir hadisənin baş verməsi –hökumətin icazəli mitinqdə musiqiçilərə zor tətbiq etməsi ironiya doğurur”, deyə təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru John Dalhuisen bildirir.

Amnesty International Azərbaycandakı digər siyasi məhbusların da azadlığa buraxılması ilə bağlı kampaniyanı davam etdirir.
XS
SM
MD
LG