Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:23

Azərbaycan Roma muzeyini bərpa edir


Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi Heydər Əliyev Fondunun ayırdığı maliyyə ilə həyata keçirilir.

AzərTAc-ın məlumatına görə, bunu Azərbaycanın İtaliyadakı səfiri Roma şəhərinin meri Canni Alemanno ilə görüşündə bildirib. Səfirin sözlərinə görə, bu, Azərbaycanın İtaliya, xüsusilə də Roma şəhəri ilə dostluq münasibətlərinin daha da gücləndirilməsinə töhfə verəcək.

Mer Alemanno Heydər Əliyev Fondu tərəfindən Roma şəhərinin Kapitoli Muzeyində bərpa işləri üçün maliyyə dəstəyinin Azərbaycan tərəfinin yalnız İtaliyanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinin qorunmasına verdiyi töhfəsi kimi qiymətləndirib və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.

Fevralın 13-də Roma Sivilizasiyası Muzeyində açılmış “Azərbaycan, İpək yolu üzərində Odlar Yurdu” adlı sərgi may ayına qədər davam edəcək. Aprel ayında isə İtaliyada keçiriləcək Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG