Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:55
Vaqif İbrahimoğlu

DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


ƏVVƏLİ

8 yanvar, çərşənbə axşamı. 1985-ci il

Elə yorulmuşdum ki, işıqlar yanılı, əynim də pal-paltarlı, eləcə yuxuya getdiyim üçün dünən də yazmadım. İndi qaydasındayam, tələsmədən yazıram...

Demək... yanvarın 6-da “Arı Maya”dan sonra (saat 13.00-da qurtarmışdı) Opera Teatrına getdim. Ora həm də “Büyük Tiyatro”dur (eyni binada həm “Küçük...”, həm də “Büyük Tiyatro” yerləşir – Z.M.). Həmin teatrda “Keşanlı Ali Destanı”na baxacaqdım. Kantində -- kiçik yeməkxanada “Arı Maya”nın rejissoru Leyla Tecer yanımda əyləşdi və mənim etirazlarımı (amma incə şəkildə...) önəmsəmədən çay sifariş verdi.

Beləcə, danışası olduq.

Mən heç gizlətmədən öz fikrimi söyləyəndə, o razılaşdı, ancaq bir yığın ondan asılı olmayan səbəb gətirdi (avadanlıq çatışmazlığı, işıq yetərsizliyi, müdirliyin uşaq tamaşalarına yarıtmaz aktyorları verməsi və s.). Razılaşdım.

Tamaşa onun öz işini bildiyini, amma hansı məqamdasa iradəsizliyə yol verdiyini göstərir. Məsələn: uşaqlar rəqs edərkən gülüşür, zala baxır, tam bir özfəaliyyət kimi davranırlar – bunu ki, götürmək olardı. Dekorasiyaların dəyişdirilməsi üçün də bir yol düşünmək mümkün idi. Don't Miss
Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.
Qısası, hər cür şəraiti olsaydı, o, konfet düzəldərdi. O, yəni cansız və qansız bir qadın...

Zəng çalandan sonra zala keçdim: yenə birinci sırada, aktyorların düz burnunun ucunda oturdum.

Tamaşa (yeri gəlmişkən, pyes də) birə-bir “brextsayağı” hazılanıb. Qısa süjeti:
Gecəqondu məhəlləsinin sakinləri Ali Keşanlı (“azəri” ağzıyla Əli Kaşanlı demək olar .

“Keşanlı Ali Destanı” ünlü yazar Haldun Tanerin qələmindən çıxan musiqili oyundur və ilk dəfə 1964-cü il martın 31-də “Gülriz Sururi-Engin Cezzar Tiyatrosu”nda səhnəyə qoyulub. 1970-ci ilədək Türkiyənin böyük şəhərlərində üst-üstə 493 dəfə göstərilən "Keşanlı Ali Destanı" aradan illər keçsə də, türk teatrının təməl daşlarından biri sayılır. Bu tamaşa cümhuriyyətin ilk illərindən “Demokrat Parti” dönəminədək Türkiyənin keçdiyi yolu bütün çılpaqlığıyla və acı gülüşlə sərgiləyir.

Oyun bir çox teatrlarda dəfərlərlə səhnəyə qoyulub, Avropanın neçə-neçə şəhərində, Amerikadan Livanadək neçə-neçə ölkədə oynanaraq, Türk Teatr Tarixində bir fenomenə çevrilib -- Z.M.) adlı birinin həbsxanadan qayıtmasını müzakirə edirlər. Məhəllənin ən güclü adamını öldürəndən sonra onun adı dillərdə dolaşır. Bu azmış kimi, Kaşanlı həbsxanada da bir neçə adamın canını alıb, oranın rəisini əzişdirib və s. və i.a. Rəqiblər onun heç kəsi öldürmədiyini, adi adam olduğunu söyləsələr də, dərhal onların sözünü kəsirlər – artıq əfsanə tam sürətini yığıb və Əli əfsanəyə çevrilib (Yəqin “Əli Kaşanlı əfsanəsi” daha dəqiq tərcümə olardı)...

Əlini təntənəylə gətirirlər və o, hərəkətə keçir: düşmənlərini məhv edir, mafiya qurur, ayrı-ayrı partiyalar onunla səs alverinə girişir və yalnız Əlinin sevdiyi və əmisini öldürdüyü Zilha adlı qız onun hakimiyyətini tanımayaraq üzünə tüpürür. Əli öz sevgisini bildirərkən həqiqəti də danışır və Zilhaya deyir ki, əmisini o öldürməyib, təsadüfən cinayətin şahidi olub. Həbsxana rəisini də taburetlə təsadüfən əzişdirib, qalan 8 “mikrobu” da təsadüfən adına yazıblar. O, sadəcə, haqqındakı uydurmalara qarşı çıxmağa özündə cəsarət tapmayıb və etiraz etməyərək susub.

Bütün bunlardan sonra Əli yumruğun, gücün hakimiyyətinə inanıb. Qız onu qovsa da, artıq əvvəlki kin-küdurəti öləziyir. Ardından bu yerlərdə təsadüfən varlı bir qız peyda olur. Tərbiyəçisi və sürücüsü də qızı yalnız buraxmırlar. Anlaşılmayan bir səbəbdən varlı qız Zilhaya mehrini salır. Qızın atası gəlib çıxır və bunu görərək, bayğınlıq keçirir. Atanı apararkən, Zilhanı da özləriylə götürürlər.

İkinci bölüm: Varlıların evində tərbiyəçi (madam Olqa?) Zilhanı kübar davranışlara alışdırır. Məlum olur ki, milyonçunun arvadı onu ataraq qaçıb və Zilha eynən ona bənzəyir. Beləcə, Zilhanı dərd əlindən dağa dırmaşan oğula sırımaq istəyirlər. Son dəblə geyinmiş Zilha, gecəqondu sakinlərinin və Əlinin acığına, balaca (və canlı!) köpəyini məhəllədə gəzintiyə çıxarır...

...Zilhanın milyonçu oğlanla toyudur. Zifaf gecəsinə az qalıb. Bu yerdə varlı gəncin qaçan arvadı öz məşuqu ilə geri dönür və həmin məşuq ərli qadınla yaxınlıq işinə daha çox yaradığı üçün ondan israrla ərinin yanına qayıtmasını istəyir. Əli gəlib çıxır və varlının arvadını Zilhayla qarışıq salaraq, onu sürükləyir. Bu arada varlı oğlan Əlini öldürmək üçün manyak Səfərlə sövdələşir, çünki Əlinin Gecəqondu hüdudlarını aşan hökm və şöhrəti onun maraqlarına təhlükə yaradır.

Varlının arvadı Əlinin evindən gedir və onun yerinə Zilha gəlir. Uzun bir sevgi səhnəsi... Xalq şənlik edir, çünki ideal saydığı adam bir əfsanə ruhuna tam uyğun şəkildə -- öldürdüyü şəxsin qardaşı qızıyla evlənir! Final mahnısı səslənir... Aktyorlar tamaşaçılara baş əyməyə hazırlaşırlar...

Və elə bu dəm manyak Səfər ortaya çıxaraq, Əlini döyüşə çağırmaqla onu olmazın təhqir edir. Zilhanın yalvarışlarını (“Ortalıkda destan var!...”) önəmsəməyən Əli meydana çıxır. İzdiham coşur: axı, ideal əfsanəyə sadiq qalır. Əfsanənin onun ölümünü tələb etdiyinə ürəkdən inanan Əli ölümöncəsi sözlərini söyləyir. Amma-ancaq-lakin sonucda, tamamilə təsadüfən, manyak onu yox, o, manyakı öldürür. Əli də, izdiham da, polislər də tam çaşqın durumdadırlar -- əfsanə bitmədi, axı. Bəs sonra nə olacaq?!.

Şərif (Şerif) ablanın final kupletləri təxminən bu məzmundadır: Biz gecəqondu sakinləri avam adamlarıq. Amma siz tamaşaçılar ağıllısınız və çoxunuz gözlük də taxmısınız. İndi bu dastandan nə dərs alacağınızı özünüz düşünün...

Dediyim kimi, hər şey “brextsayağı” gerçəkləşdirilib: yığma-qurma dekorlarda canlı Zeynal Məmmədli

Zeynal Məmmədli

orkestr çalır, yazılar – şərhlər, zala atmacalar, zonqlar -- parodiyalı estrada mahnıları və rəqslər var. Düşüncə baxımından Arturo Ui, “Üçquruşluq opera”, “Sıçuanlı yaxşı adam” və “Mənim gözəl ledim” də var (2-ci pərdənin başlanğıcı). Gecəqondu sakinləri müxtəlif dialektlərdə (məncə, “ləhcə” sözü daha uyğundur, çünki dialektdə danışanda tam anlaşmaq mümkün deyil – Z.M.) danışırlar.

Zilha və varlının arvadını eyni aktrisa oynayır. Çox canayaxın, incə, gerçəkçi oynadığı üçün ona vurulduğumu özünə də söylədim. Çoxlu ana söyüşü, ədəbsiz deyim və davranışlar, ayaqyolu səhnələri, açılan şalvarlar və s. var. Aktyor ansamblı qüsursuz çalışır. Bir yerdə belə, nə ritm, nə də dəqiqlik axsayır.

Əlinin yaxın çevrəsi qeq (məzəli gedişlər nəzərdə tutulur, məsələn, yanğın zamanı ələklə su daşımaq, tortu bıçaqla kəsməyib qayçılamaq və s. və i.a. – Z.M.) və alışılmışın tərsinə davranmaqla çox gözəl işləyir (tamaşanın proqramına baxmaq yetərlidir). Niyazi Mehdiyevin (filosof Niyazi Mehdini nəzərdə tutur – Z.M.) dəqiq çıxarılmış surəti olan professor son dərəcə gülməli və incə gəzib-dolaşır. Amma-ancaq-lakin! Bütövlükdə tamaşanın ürəyi, lövhəsi, beyni və siniri Əlidir! Onu ifa edən dünya miqyaslı sənətçidir (Sezdirmə Vaqif İbrahimoğlunundur – Z.M.). Onunla – Rüştü Asyalı ilə tanış olub, şəkil çəkdirdim. Həm mat qaldım, həm də sevindim ki, “Kanlı Nigar”ı da elə o səhnəyə qoyub. “Xalq teatrı ilə maraqlanırsanmı?” sualıma verdiyi cavab məni daha da sevindirdi. Rüştü yanğıyla dedi: “Çocukluktan!!!”. Bəzi məqamlarda Turabı xatırladır (Həsənağa Turabovu nəzərdə tutur – Z.M.), amma Turab daha iradəlidir. Rüştü nisbətən yumşaq, əvəzində daha çevik və oynaqdır. Üstəlik, çox peşəkar səviyyədə mahnı oxuyur (!) və rəqs edir.

Tamaşada, yalan olmasın, azı 50 ifaçıdan – aktyor, xorçu və balet oynayanlardan yararlanıblar – hamısı da saat mexanizmi kimi saz çalışır! İkinci bölüm bir az gec başladı – teatrın işığı sönmüşdü. Amma zala toplaşanlar qaranlıqda opkestrin çaldığı sakit havaları dinləyə-dinləyə sakitcə gözlədilər. Tamaşanın finalında aktyorları uzun müddət buraxmaq istəmədilər və Tədris Teatrındakı “Qaravəlli”ni çıxsaq, bu alqış tufanını, bu “yaşa!” nidalarını heç bir yerdə nə görmüş, nə də eşitmişdim. Hətta ağlayıb-hıçqırmaq da istədim, amma-ancaq-lakin bir anlıq zəifliyə kişi kimi sinə gərdim.

Tamaşanın ardından səhnəarxasına keçdim və 1 saatdan sonra yenə eyni oyunun göstəriləcəyini öyrənib xeyli heyrətləndim. Bütün aktyorlarla tanış oldum, hamıyla öpüşdüm. Çox təsirləndilər. Bax, indi ağlıma gəldi ki, “Əli”ni bizdə də səhnəyə qoymaq pis olmazdı, amma harada? Azdramada olar, yəni? Fərhad (Fərhad İsrafilovu yox, Fəxrəddin Manafovu nəzərdə tutur – Z.M.), yoxsa Turab oynasın? Nə isə, sonraya qalsın... Bu tamaşaya prezident də baxıb. Söz-söhbət gəzir ki, rejissoru “dağa dırmaşdırıblar”, amma o, guya lazım olan adamı inandıra bilib...

...Artıq yazdığım kimi, “təmsil”dən (yəni tamaşadan – Z.M.) sonra Əhəd və Oğuzla birgə Kərimangilə yollandıq. O, əri – Opera Teatrının keçmiş baş direktoru Yalçın bəylə -- “Arşın mal alan”ı səhnəyə qoymaq da onun təşəbbüsüdür – “Yeni Məhəllə”də, təxminən Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

Vaqif İbrahimoğlunun Zeynal Məmmədliyə məktubu

“Əhmədli”yə bənzər bir yerdə yaşayır. Amma bura daha nüfuzlu məkan sayılır – genişlikdir, nəqliyyat az olduğundan his-pas yoxdur və hava nisbətən təmizdir. Bina çoxmərtəbəlidir. Onların mənzili 14-cü qatdadır. Lift sürətlə enib-qalxsa da, hərəkəti, demək olar, hiss etmirsən.

Bütün otaqları bilmirəm (mənzil 4 otaqlıdır), amma qonaq odası qamaşıqlı-yaraşıqlıydı: mebel, əntiq əşyalar, rəsmlər, video... Masa “a la türkçe” idi – hərə istədiyini götürürdü. İçkilərdən rus arağı, viski, cin və rakı yadımda qalıb. Hamı öncə viski, ardından rakı içdi. Yeməklər: salat, turşu, çuğundur, kök, plov, ardından balıq (çox dadlı idi), sonra meyvə salatı. Ətraflı yazıram, bunu bizdə də hazırlamaq olar: xırda-xırda doğranmış meyvələrin (alma, limon, portağal, armud, ananas) üzərinə azacıq konyak sızdıraraq, astaca əzə-əzə qarışdırır, sonra 3 saatlığa soyuducuya qoyursan. Şox gözəl şəkildə dondurmanı əvəz edir və onu yeyən adam daha çay içmək istəmir...

Çox yorulduğum, həm də sonrasından qorxduğum üçün az yeyir, daha çox elə gözümün önündəcə sıxıb buzla verdikləri cürbəcür meyvə şirələrini içirdim. “Ulduz savaşı” videosuna baxdım. Texnikanın möcüzələri, nə qədər desən, dəhşətli və iyrənc səhnələr, bir də düşüncə və süjet dayazlığı vardı. Yaxşı və xeyirxah ameikalılar güc və ağlın hesabına əcaib varlıqlara qalib gəlirlər. Türklər heyran qalırdılar.

Yeməklərin hamısını bir suyu bizim Emin Sabitoğluna bənzəyən Yalçın bəy hazırlamışdı. Onun kitabxanasına da göz atdım: xeyli zəngin idi – Qoqol, Dostoyevski, Çexovun bütün pyesləri...

Məclisə Babər (quruluş sexinin müdiri), arvadı, Ergin (səhnə müdiri – o, truppa müdirindən fərqli olaraq, bütün səhnənin ağası sayılır) və onun arvadı, bir də biz vardıq. Bir sözlə, teatrın kölgə kabineti burdaydı. Yalçın az-maz içib N. Rzayevin ünvanına atmacalar atmağa başladı. Özümü anlamazlığa vurdum. O, iki qədəh də rakı içib Əhədə üz tutdu:

- Vakıf bey yeni gelib, bilmiyor. Söyle ona, yoksa “Arşın” da “Esmeralda”nın köküne düşer (Yazıldığı kimidir – Z.M.)...

Özümü elə göstərdim ki, guya bu dəfə də heç nə anlamadım. Bir neçə dəqiqədən sonra o, yenə Nazimi tənqidə tutarkən, heç gözləmədiyi halda üzünə dayanıb soruşdum:

- Mən nə etməliyəm ki?

Sakitlik çökdü, “kölgə kabineti” cınqırını çıxarmadan susdu. Amma-ancaq-lakin Yalçın bəy səsimdə xoşagəlməz nəsə duyub elə dodaqaltı qayıtdı ki, bəs, baş direktorun yanına gedib, ondan Nazimin sənin məşqlərinə qatılması üçün əmr verməsini xahiş edə bilərsən. Yoxsa, bir də gördün Nazim çıxıb getdi İstanbula və işlər yenə dayandı...

Yenə sakitlik çökdü. Bu dəfə Kəriman sözə başlayıb söhbətin mövzusunu dəyişdi. Babərdən başqa hamı dağılışdı. Yalçın bəy mənə paltomu geyməyə yardım etdi və liftədək ötürdü... Onları düz anlamışamsa, Nazimdən narazıdırlar və ona qarşı nəsə planlayırlar.

ardı var

Günün bütün mövzuları

XS
SM
MD
LG