Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

Telman İsmayılova məxsus şirkətdə axtarış gedir


Azərbaycan doğumlu Rusiya biznesmeni Telman İsmayılova məxsus “AST” şirkətinin Moskvadakı ofislərinin birində axtarış aparılır.

Bu barədə “İnterfaks” agentliyi Rusiya hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verir.

Axtarışa xüsusi təyinatlı polis dəstəsi dəstək verir.

Xatırladaq ki, bundan əvvəl Baltika gömrüyü ilə bağlı cinayət işi bərpa edilib.

Həmin iş qaçaqmalçılığın kriminal cinayətlər sırasından çıxarılması ilə əlaqədar bağlanmışdı.

Yüksək vəzifəli məmurların adının keçdiyi həmin cinayət işində yeni ittiham gömrük rüsumunu ödəməkdən yayınmaqdır.

Bundan əvvəl T.İsmayılova məxsus böyük ticarət mərkəzi – “İzmaylov bazarı” bağlanmışdı.
XS
SM
MD
LG