Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:03
Martın 20-si səhər saat 09:14 radələrində Azərbaycana bahar gəlib. Martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edib.

Həmin an gecə və gündüz bərabərləşib. Bu Şimal yarımkürəsində astronomik yazın başlaması deməkdir.

Azərbaycanda, eləcə də İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib.

Bahar iyunun 21-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG