Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:26

Fransadakı qətliamlarda eyni silahdan istifadə edildiyi açıqlandı [VIDEO]


Fransa prezidenti Nikola Sarkozi Tuluza şəhərində yəhudi məktəbində 4 nəfərin, o cümlədən 3 uşağın öldürülməsini “milli faciə” adlandırıb.

Bazar ertəsi baş vermiş hadisədən bir neçə saat sonra hadisə yerində olan prezident deyib: “Bu dəhşətdir. Bu faciədir. Mən bu hadisənin səbəbini izah edə biləcək söz tapmıram.

Mən kiminsə yəhudi uşaqlar üçün məktəbin qarşısında və içində insanları niyə öldürməsini anlamıram. Bu, faciədir”.

Sarkozi qeyd edib ki, bu hadisə ilə ondan qabaq 3 fransız əsgərinin öldürülməsi arasında çox oxşarlıq var. Prezident söz verib ki,

Bu cinayətləri törədənlər tapılıb məsuliyyətə cəlb ediləcək

Baş nazir Francois Fillon ölkədəki məktəb və dini təşkilat binalarında təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırıb.

Məktəblərdə qətliamlar bəzi başqa ölkələrdə, məsələn Amerikada nadir hadisə olmasa da, Fransada ilk dəfədir baş verir.

Şahidlər deyir ki, yəhudi məktəbindəki qətliamı bir motosikletçi törədib.

Keçən həftə isə motosiklet sürən bir adam Tuluzada və Montobanda iki müxtəlif hücumda 3 fransız əsgərini öldürmüşdü. Sarkozi yəhudi məktəbi qarşısında. Tuluza, 19 mart 2012

Sarkozi yəhudi məktəbi qarşısında. Tuluza, 19 mart 2012

Müstəntiqlərin bildirdiyinə görə, əsgərlərin öldürüldüyü hər iki hücumda eyni silahdan istifadə edilib.

Yəhudi məktəbinə hücum zamanı da eyni silahdan istifadə edilib.

Tuluzanın prokuroru Michel Valet jurnalistlərə deyib ki,

Motosikletçi “kimə gəldi atəş açıb”

Hadisə səhər saatlarında baş verib - Ozar Hatorah məktəbində dərslərin başlanmasına az qalmış:

“Həmin adam motosikletdən düşərək məktəbin qarşısında ətrafındakı insanlara, uşaqlara, böyüklərə atəş açıb. Uşaqlar qaçıb məktəb binasına girməyə çalışıblar”

Öldürülən uşaqlar 3, 6 və 10 yaşlarındadır. 30 yaşlı ilahiyyat müəllimi də öldürülənlər arasındadır. Qətlə yetirilən uşaqlardan ikisi onun uşaqlarıdır. 17 yaşlı daha bir yeniyetmə isə yaralanıb.

Yəhudi məktəbindəki qətliam beynəlxalq reaksiya da doğurub.

Avropa Komissiyasının prezidenti Barroso qətli pisləyərək “nifrətəlayiq cinayət” adlandrıb. Avropa Yəhudi Konqresi qətliamı “barbarlıq” kimi qiymətləndirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG