Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:57

100 milyard nağd pul yığmış Apple bunun yarısını xərcləmək istəyir


97,5 milyard dollar nağd pul yığmış Apple şirkəti 1995-ci ildən bəri ilk dəfədir ki, dividend verəcək.

Apple bazarda öz səhmlərini də alacaq.

Bu iki addıma səbəb Apple-in nəhəng nağd pul ehtiyatıdır.

Apple ehtiyatının yarısını bu iki yolla istifadə etmək fikrindədir.
Apple 45 milyrad dolları 3 il ərzində öz səhmdarlarına dividendlərə verəcək, öz səhmlərini almağa isə 10 milyard dollar xərcləyəcək.

Məşhur İphone telefonların və İpad kompüterlərin yaradıcısı olan Apple dünyada ən bahalı şirkətdir.
Onun bazar qiyməti 550 milyard dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG