Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:58

Naxçıvan DYP-nin rəisi: «Ötən il Naxçıvanda 599 avtomaşın çıxdaş olunub»


İran-Naxçıvan sərhəddi
İran-Naxçıvan sərhəddi
-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisinizsə, «Şərq qapısı» qəzetini oxuyun!

Sayı: 22 (20.427) 3 fevral 2012


İNDİ ŞƏXSİ MİNİK AVTOMOBİLLƏRİ İLƏ İRANIN İSTƏNİLƏN BÖLGƏSİNƏ GETMƏK MÜMKÜNDÜR

...Qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan Respublikasında qeydiyyatda olan minik maşınları İran İslam Respublikasında 15 gün qala bilər. Bu zaman sərnişinlər şəxsi nəqliyyat vasitələrilə İranın istənilən bölgəsinə getməkdə sərbəstdirlər. Avtonəqliyyat vasitəsi bu ölkəni yalnız Poldəşt sərhəd – keçid məntəqəsindən tərk edib Azərbaycan ərazisinə qayıda bilər.

​Avtonəqliyyat vasitələri üçün markasından və dəyərindən asılı olaraq 45 – 70 ABŞ dolları dəyərində gömrük rəsmiləşdirməsi haqqı ödənilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət sığortası da bu məbləğə daxildir. Əlavə olaraq, avtomobili idarə edən şəxs fərdi qəza sığortasına cəlb olunur ki, bu da həftəlik və ya 15 günlük aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikasında qeydiyyatda olan şəxsi minik avtomobilləri İran İslam Respublikasına gedərkən onlara şamil olunan bütün qaydalar eynilə Naxçıvan Muxtar Respublikasına gələn və İran İslam Respublikasında qeydiyyatda olan şəxsi minik nəqliyyat vasitələrinə də aiddir.

DÖVLƏT YOL POLİSİ AVTOMOBİL YOLLARINDA HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİNƏ NƏZARƏTİ GÜCLƏNDİRİB

Muxtar respublikamızın sosial – iqtisadi inkişafının nəticəsi olaraq avtomobillərin sayı ildən – ilə artmaqdadır. Təbii ki, avtomobillərin sayının artması yollardakı hərəkətin intensivliyinə də təsirini göstərir. Bu isə, öz növbəsində Dövlət Yol Polisi əməkdaşlarının da qayğılarını artırır. Bəs hərəkətin tənzimlənməsi üçün hansı tədbirlər görülür? Bu və ya digər suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polisi idarəsinin rəisi, polis mayoru Aydın Ağayevlə həmsöhbət olduq:

...- Avtomobillərin qeydiyyata alınması, qeydiyyat nişanı, qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqələrinin verilməsi işi də diqqət mərkəzində saxlanılmış, ötən il Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat – imtahan şöbəsi tərəfindən 2959 ədəd qeydiyyat nişanı, 4060 ədəd qeydiyyat şəhadətnaməsi, 5963 ədəd sürücülük vəsiqəsi verilmişdir. 1401 ədəd nəqliyyat vasitəsi qeydiyyatdan çıxarılmış, 599 avtomaşın çıxdaş olunmuşdur. 148 nəfər sürücülük vəsiqəsini itirdiyinə və korlamasına, 403 nəfər isə nəqliyyat vasitəsinin qeydiyyat müddətini pozduğuna görə inzibati qaydada cərimə edilmişdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Yaycı kurqanları
- Naxçıvanda gənclər Günü qeyd olundu
- Gənclər günü münasibətilə tədbir
- Gənclər Günü ilə əlaqədar dəyirmi masalar təşkil edilib
- Əlillərin tibbi sosial reabilitasiyası diqqət mərkəzindədir
XS
SM
MD
LG