Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:59

Tuluza prokuroru 2 silahdan istifadə olunduğunu deyir


Tuluza prokuroru Michel Valet yəhudi məktəbi qarşısında jurnalistlərə deyib:

“Bu şəxs məktəbin yanında motosikletdən düşüb və məktəbin yanında olarkən yaxınlıqda olan hamıya- uşaqlara və böyüklərə atəş açmağa başlayıb. “

Michel Valet iki silahdan istifadə haqda da danışıb:

“Bizə məlumdur ki, istifadə olunan silahlardan biri iri çaplı silahdır və belə görünür, ikinci silahdan da istifadə olunub”.

Fransanın Tuluza şəhərində bazar ertəsi naməlum şəxs yəhudi məktəbinin yaxınlığında adamlara atəş açıb və 4 nəfəri öldürüb.
Polis həmin silahlı şəxsi axtarır. Şahidlərin dediyinə görə, o hadisə yerinə motosikllə gəlmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG