Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:38

Tuluzada ölənlər 3,6 və 10 yaşında uşaqlar və ilahiyyat müəllimidir


Fransa prezidenti Nikolas Sarkozy Tuluza şəhərində yəhudi məktəbi yaxınlığında 4 nəfərin, o cümlədən 3 şagirdin öldürülməsini milli faciə adlandırıb.

Hadisədən bir neçə saat sonra yəhudi məktəbinə gələn ölkə prezidenti deyib ki, bu hadisə ilə keçən həftə eyni regionda iki müxtəlif hadisədə 3 fransız əsgərinin güllələnməsi arasında oxşarlıq var.

Tuluza prokuroru isə deyib ki, ölən uşaqlardan birinin 3, digərlərinin 6 və 10 yaşı var idi.
Həmçinin məktəbin 30 yaşlı ilahiyyat müəllimi də öldürülüb.

Avropa Komissiyası Tuluzadakı qətli iyrənc cinayət adlandırıb.

Fransanın Tuluza şəhərində bazar ertəsi naməlum şəxs yəhudi məktəbinin yaxınlığında adamlara atəş açıb.
Polis həmin silahlı şəxsi axtarır. Şahidlərin dediyinə görə, o hadisə yerinə motosikllə gəlmişdi.
XS
SM
MD
LG