Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:35

Təhsil nazirliyinə daha çox şikayət məktəblərdən gəlir


Fevral ayında Təhsil Nazirliyinin «Qaynar xətt» xidmətinə 1629 müraciət daxil olub. Müraciətlərin 1439-u telefonla, 190-ı elektron poçt vasitəsilə qəbul edilib. Daxil olan müraciətlərin əksəriyyəti sorğu xarakterlidir.

Təhsil Nazirliyinin məlumatına görə, «Qaynar xətt»ə gələn 68 şikayətin böyük əksəriyyəti Bakı və respublikanın ümumi təhsil müəssisələri ilə bağlıdır. Müraciətlərdə tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, məktəb rəhbərlərinin idarəetmədə yol verdikləri nöqsanlar, məktəbli formasının, tədris ədəbiyyatı və müxtəlif nəşrlərin satışı, istilik sisteminin nasazlığı, elektrik enerjisinin fasilələrlə verilməsi, məktəb avadanlıqlarının alınması, məktəblərin təmiri və digər məsələlər öz əksini tapıb.

Ali təhsil müəssisələri ilə bağlı daxil olan 8 şikayətin 6-sı dövlət, 2-si isə özəl tədris ocaqları ilə bağlı olub. Bu müraciətlər tələbələrin təqaüdlərinin və təhsil sənədlərinin gecikdirilməsi, qış imtahan sessiyasının nəticələri ilə bağlı apelyasiya qaydalarının pozulması, əmək haqqının verilməsinin ləngiməsi və digər məsələlərlə bağlı olub.

Orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 4 müraciət qış imtahan sessiyasının nəticələri, dövlət təhsil sənədinin verilməsinin gecikdirilməsi və digər məsələlərlə bağlı olub.

Nazirlik bildirir ki, «Qaynar xətt»ə daxil olan bütün müraciətlər ciddi şəkildə araş¬dı¬rıl¬ıb, müvafiq tədbirlər həyata keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG