Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:30

Aşıq Ələsgərin nəvəsi Azadlıq Radiosuna nə danışdı?


Aşıq Ələsgər
Aşıq Ələsgər
Mart ayı dahi sənətkarların doğulduğu aydır. Saymaqla bitməz. Cəfər Cabbarlı, Səməd Vurğun, Ismayıl Şıxlı, Hüseynqulu Sarabski, Vaqif Mustafazadə və b.

Mart ayı həm də Göyçəli Aşıq Ələsgərin doğulduğu və dünyadan köçdüyü aydır.

Bu il ustad aşığın dünyaya gəlişinin 191, dünyadan gedişinin 86 ili tamam olur.

AzadlıqRadiosunun «İz» proqramı Novruz ərəfəsində Dədə Ələsgəri bir daha anmağa qərar verdi.

PROQRAMI DİNLƏ

Bu həftə ustad aşığın həyatından hazırladığımız «Ələsgərlə Səhnəbanı» radio dastanını sizə təqdim edirik.

Verilişdə Aşıq Ələsgəri nəvəsi İslam Ələsgər yada salır.

Aşıq Altay Məmmədli isə «Ələsgərlə Səhnəbanı» dastanından məhz AzadlıqRadiosunun dinləyiciləri üçün oxuyur.

Xatırladım ki, ustad aşığın Göyçədəki möhtəşəm məzarı dağıdılıb.

Radio dastanın digər qəhrəmanı—Səhnəbanı isə boranda donub ölüb.

Ötən əsrin əvvəllərində Göyçə yandırılanda oradan qaçan qadın və uşaqların içində Ələsgərin ilk sevgisi Səhnəbanı da olub.

Onda Aşıq Ələsgər sağ idi.

Kənddən qaçanlar Göyçənin «Yalı» deyilən yerinə çatanda, borana düşüb və hamısı donub ölüb...

Dastanı dinləsəniz, Aşıq Ələsgəri öz nəvəsinin dilindən daha yaxından tanıyacaqsınız.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG