Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

İlham Əliyev Novruz şənliyində iştirak edib


Martın 19-da Bakıda Novruz şənliyi keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şənlikdə iştirak ediblər.

AzərTAc-ın məlumatına görə, dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gedib. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb, bayram şənliyində nitq söyləyib.

Sonra prezident və xanımı Dənizkənarı Milli Parkda olublar. Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib. Dövlət başçısına çempionatın oyunlarına bilet satışı barədə məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.

Novruz bayramı münasibətilə keçirilən şənliklərə baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər qatılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG