Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:01

Dünyanın iri silah idxalçıları Asiyadadır


Hindistan dünyanın ən böyük silah idxalçısıdır.

ABŞ və Rusiya da dünyanın iri silah ixracatçısı sayılır.

Stokholmdakı Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (BSAİ) bildirib ki, 2007-2011-ci illər arasında Hindistan bütün silah idxalının təxminən 10 faizinə sahib olub.

İnstitutun araşdırmasına görə, bu müddət ərzində digər iri silah idxalçıları da Asiyadadır: Cənubi Koreya, Pakistan, Çin və Sinqapur.

BSAİ bildirib ki, ABŞ dünya silah ixracatının 30 faizinə sahibdir və 80-dən çox ölkəyə silah satır.

Araşdırmaya görə, dünya silah ticarətinin təxminən 24 faizi Rusiyadan ixrac olunur.

Almaniya isə silah satışına görə 3-cü yerdədir.
XS
SM
MD
LG