Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:26

Mitinqdə tutulan gənclər Səbail Rayon Polis İdarəsində saxlanır


Martın 17-də Bakıda keçirilən mitinqdə tutulan gənclər Səbail Rayon Polis İdarəsində saxlanır.

Onları İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasına köçürməyiblər. Məlumatı «Media forum» saytına vəkil Anar Qasımlı verib.

Mitinqdə «Bulistan» rep qrupunun ifa etdiyi musiqinin sözlərinə etiraz qarşıdurma yaradıb, polislər repçi Camal Əli, gitaraçı Natiq Kamilov və «NİDA» Vətəndaş Hərəkatının üzvü Etibar Salmanlını tutub. Səbail Rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, Etibar Salmanlı 5 sutka həbs cəzası alıb. Gənclər İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə (xırda xuliqanlıq) ittiham olunublar.

Vəkil Anar Qasımlı bildirib ki, apellyasiya şikayəti hazırlayır və əlavə edib ki, Camal Əli və Natiq Kamilov Səbail Polis İdarəsində xəsarətlər alıb: «Hətta Camal Əlinin üstünə təcili tibbi yardım çağırıblar».
XS
SM
MD
LG