Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:10

Ağsu aşırımında sürüşmə təhlükəsi artıb


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev Trend-ə deyib.
Onun sözlərinə görə, hazırda Ağsu aşırımında sürüşmə sahələrinin hamısında səthi yuyulmalar - sürüşmə səthi üzərində qruntun axması və nisbi çökmələr müşahidə edilir.

«Sürüşmə kütləsi nisbi stabil vəziyyətdədir, ancaq səthi yuyulmalar müşahidə edilir. Artıq qrunt islanıb, sürüşmə kütləsinin üst hissəsində qruntun axması müşahidə edilir. Bu, artıq həmin sahədə sürüşmə ehtimalını artırır», - baş mühəndis əlavə edib.

O bildirib ki, hazırda Şamaxıdakı sürüşmə sahələrində aktivləşmə baş verir. Qar əridikcə sürüşmə kütləsində islanma gedir və süxurlar axıcı vəziyyətə gəlir.

«Dünən və srağagün 6 sürüşmə sahəsində müşahidə apardıq. Həmin yerlərin hər birində sürüşmə aktivləşir. Muğanlı sürüşmə sahəsində aktivləşmə daha çoxdur», - Niftiyev qeyd edib.
O bildirib ki, hazırda sürüşmə sahələri Ağsu aşırımının giriş hissəsində, Şamaxı rayonun Muğanlı kəndində, Çələbilər kəndinin cənub hissəsində, Muğanlı-İsmayıllı yolunun 2-ci kilometrliyində, Çağan kəndi, Dədəgünəş kəndi ərazisində və Şamaxı şəhərinin yuxarı hissəsindədir.
XS
SM
MD
LG