Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:20

Salman Rushdie: "Mollaların qabağında diz çökdün, amma xeyri olmadı"


"New York Times"a istinadla oxuzali.az


Hind əsilli Britaniya yazıçısı Salman Rushdie ötən həftənin axırı Dehlidəki konfransda etdiyi çıxışda Hindistan və Pakistan siyasətçilərini "qorxaq" adlandırıb. Onları söz azadlığına xəyanət etməkdə suçlayıb.

Tədbirə yüzlərlə ziyalı, biznesmen, siyasətçi qatılıb.

Amma Rushdie-nin konfransa gəldiyini eşidən Hindistanın maliyyə naziri Pranab Mukherjee və kriketdən siyasətə gəlmiş məşhur pakistanlı İmran Xan tədbirdə iştirak planlarını ləğv ediblər.

İki ay əvvəl radikal islamçıların ölüm hədələrindən sonra Caypur ədəbiyyat festivalına planlaşdırılan səfərini ləğv etmiş yazıçı nəhayət Hindistana səfər edib.

O zaman Hindistan polisi ona qarşı-sui-qəsd törədilə biləcəyini bildirmiş, səfəri təxirə salmağı məsləhət görmüşdü. Bir çox hind siyasətçiləri isə "Şeytan ayələri" romanı ilə müsəlmanların "heysiyyatına toxunmuş" Rushdie-nin səfərinin seçki ərəfəsində məqsədəuyğun olmadığını bəyan etmişdilər.

Yazıçı son çıxışında deyib ki, Hindistana təhlükəni təkcə radikal islamçılar yox, həm də seçkidə ölkədəki müsəlmanların dəstəyini qazanmaq üçün hər vasitəyə əl atmağa hazır olan opportunist siyasətçilər törədir.

Rushdie-nin səfərinə o zaman hakim Konqres Partiyası da etiraz etmişdi. Yazıçı hakim Qandi ailəsindən Raul Qandiyə xitabən deyib: "Sən illər uzunu hər qabağına çıxan mollanın qarşısında diz çökdün, amma xeyri olmadı".

İmran Xan tədbirdə iştirakdan imtina etməsini izah edən qısa açıqlamasında Salman Rushdie-nin dünya müsəlmanlarınının "ölçüyəgəlməz ağrılarının" səbəbkarı olduğunu
Mumbayda Salman Rüşdiyə qarşı etiraz aksiyası. Onu "ayaqqabı silən" kimi göstərirlər. 11 yanvar, 2012
Mumbayda Salman Rüşdiyə qarşı etiraz aksiyası. Onu "ayaqqabı silən" kimi göstərirlər. 11 yanvar, 2012
əsas gətirib.

Rushdie isə pakistanlı siyasətçini ondan "kabus düzəltməkdə" ittiham edib və İmran Xana xitabən deyib:

""Ölçüyəgəlməz ağrılar"ın səbəbkarı Pakistanda fəaliyyət göstərən və İslamın adından istifadə edən terrorçulardır. Müsəlmanların ölçüyəgəlməz ağrılarının səbəbkarı Pakistanda gizlənmiş Osama bin Laden olub. Son sorğular pakistanlıların 80 faizinin bin Ladenə "qəhrəman" kimi baxdığını göstərir. Ölçüyəgəlməz ağrılara səbəb mollaların yönəltdiyi siyasətin doğurduğu iqtisadi çətinlik və təhsil imkanlarından məhrum olmadır".

Bu fikirlər konfrans iştirakçılarının alqışları ilə müşayiət edilib.

"Bax söz azadlığı budur. Mən bundan ləzzət alıram" - deyə yazıçı bildirib.

Salman Rushdie Hindistan əhalisinə müraciət edərək onları söz azadlığını müdafiə etməyə çağırıb: "Burada insanlar yuxuya gedib, özü də bərk yatıblar. Oyanmaq vaxtıdır. Sizə qalan yalnız uğrunda mübarizə apardığınız azadlıqlar olacaq, mübarizə aparmadıqlarınızı isə itirəcəksiz".

Salman Rushdie-nin qatıldığı konfrans Dehlidəki Taj Palace otelində baş tutub. Müsəlman liderlər onun səfərinə qarşı çıxsalar da, otelin qarşısında heç bir etiraz aksiyası müşahidə edilməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG